"Azərbaycanın Rusiyaya ünvanladığı suallar artıq konkret cavablandırılıb"- Azər Allahverənov

"Azərbaycanın Rusiyaya ünvanladığı suallar artıq konkret cavablandırılıb"- Azər Allahverənov
12:42

"Azərbaycanın Rusiyaya ünvanladığı suallara artıq konkret cavablar verilib".

Milli Məclisin deputatı Azər Allahverənov News365.az-a açıqlamasında bildirib ki, Prezidentin çıxışında xüsusi olaraq vurğuladığı məsələlər uzun müddətdir açıq qalmış suallarla bağlıdır.

Deputat qeyd edib ki, bu sualların cavablandırılması üçün rəsmi görüşlərin keçirilməsi zəruri idi.

Azər Allahverənov əlavə edib ki, Azərbaycan tərəfi zaman-zaman Rusiyaya ünvanladığı suallarla bağlı artıq konkret cavablar alıb.

Onun sözlərinə görə, proseslər zamanı müxtəlif telefon danışığı və təmaslar həyata keçirilib və rəsmi görüşlərin bu günə təsadüf etməsi bu cavabların verilməsi ilə bağlıdır.

Deputat həmçinin vurğulayıb ki, Rusiyada müxtəlif güc strukturlarının və təbliğat qruplarının yanaşmaları fərqlidir və bu, məsələlərin ictimaiyyətə çatdırılmasında fərqli narativlərin meydana çıxmasına səbəb olur.


Sizin reklam burada
Sizin reklam burada