“Qarabağ zəfəri türk xalqları üçün qürur mənbəyidir” - Prezident

“Qarabağ zəfəri türk xalqları üçün qürur mənbəyidir” - Prezident
11:51

“Bu gün Türk dünyası özünün yüksəliş dövrünü yaşayır”.

News365.az xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 24-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun iştirakçılarına müraciətində yer alıb.

Azərbaycan Prezidenti qeyd edib ki, beş il əvvəl qazandığımız Qarabağ zəfəri türk xalqlarının ümumi sevinci və qürur mənbəyidir:

“İnanıram ki, hazırda yenidən qurulan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, açılacaq Zəngəzur dəhlizi türk dövlətləri arasında əməkdaşlığın inkişafında və möhkəmlənməsində mühüm rol oynayacaq”.


Sizin reklam burada
Sizin reklam burada