Bakıda 3 nəfərin öldüyü yanğınla bağlı saxlanılan klinika direktoru həbs edilib

Bakıda 3 nəfərin öldüyü yanğınla bağlı saxlanılan klinika direktoru həbs edilib
18:55

Bakının Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğında 3 nəfərin ölümü ilə əlaqədar saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilən "Loft Dent" klinikasının direktoru Bəhruz Paşayev barəsində məhkəməyə təqdimat daxil olub.


News365.az xəbər verir ki, təqdimata Binəqədi rayon Məhkəməsində baxılıb. 


Məhkəmənin qərarı ilə barısində 4 aylıq həbs qətimkan tədbiri seçilib.


Sizin reklam burada
Sizin reklam burada