İş adamı Şərurlu İsfəndiyar yeni biznes layihəsindən danışıb.
News365.az-a müsahibəsində iş adamı bildirib
ki, Göygöl rayonunda 30 il əvvəl tikdirmək istəyib. Buna görə də ona məxsus
torpaq sahəsi üçün müvafiq qurumlardan icazə və sərəncamı da olub. Lakin layihənin
reallaşmasına süni əngəllər yaradılıb:
“Əvvəlki İcra hakimiyyəti ilə görüşlərdə heç cür razılığa gələ
bilmirdik. Amma yeni icra başçısı Elvin
müəllim layihəyə dəstək göstərib. Onunla görüşdük, keçmişdə olanları ona dedim, güldü və dedi ki " Siz
dövlətdə pulunuzu keçirin və heç kimə 1 manat vermədən işləyin". Mən əvvəl
inanmadım, amma qısa müddətdə bütün icazələr alındı və sənədlər düzəldi. Mən də
soruşdum ki, “sizin üçün nə edə bilərəm?”, dedi ki, “heç nə – bura işləməyə
gəlmişəm”.
İş adamı layihənin həyata keçməsi ilə həm öz izini qoymaq, həm də
insanlara iş yeri yaratmaq məqsədini vurğulayıb.