Cenevrə danışıqları Ukraynanın gələcəyi üçün həlledici ola bilər - AÇIQLAMA

Cenevrə danışıqları Ukraynanın gələcəyi üçün həlledici ola bilər - AÇIQLAMA
14:51

Cenevrədə yaxın günlərdə ABŞ, Fransa, Almaniya və Britaniyanın yüksək vəzifəli nümayəndələrinin iştirakı ilə Ukraynanın təhlükəsizliyi və regional vəziyyətlə bağlı mühüm diplomatik müzakirələr gözlənilir. Bu görüşlərin nəticələri Ukraynanın gələcək təhlükəsizlik arxitekturası üçün əhəmiyyətli hesab olunur.

Politoloq Əli Mustafa News365.az-a açıqlamasında bildirib ki, Cenevrədə Fransanın, Almaniyanın və Britaniyanın təhlükəsizlik məsələləri üzrə müşavirləri bir araya gələcək, daha sonra ABŞ nümayəndələri ilə ayrıca görüş keçiriləcək.


Ekspertin sözlərinə görə, ABŞ tərəfi bu danışıqlarda Ukraynanın mövqeyini və təkliflərini dinləmək niyyətindədir.

Əli Mustafa qeyd edib ki, Avropa İttifaqından verilən son açıqlamalar artıq qəti mövqeni ortaya qoyur:

  • “Ərazilərin və sərhədlərin zorla dəyişdirilməsi yolverilməzdir. Ukrayna suveren və müstəqil dövlətdir; öz ordusunu formalaşdırmaq onun toxunulmaz haqqıdır. Ordunun azaldılması kimi tələblər Ukraynanın təhlükəsizliyinə təhdidin olduğunu göstərir və Rusiyanın əlavə planlarından xəbər verir. Ukrayna Avropa məkanının mühüm hissəsidir, buna görə də hər hansı sazişdə Avropa İttifaqının rolu mütləq nəzərə alınmalıdır.”

Politoloqun sözlərinə görə, Ukrayna cəmiyyəti və siyasi elitası, eləcə də prezident Zelenski mövcud saziş layihələrinə razılıq vermir. Onlar düşünürlər ki, sənədin bir çox müddəaları Rusiyanın istəklərini əks etdirir.

Bəzi Ukraynalı rəsmilər hətta sazişin “Rusiyadan tərcümə olunduğunu” iddia edir və rus dilinə ikinci dövlət dili statusunun verilməsi, Rus kilsəsinin Ukraynadakı təsiri kimi maddələri qəbuledilməz hesab edir.


Sizin reklam burada
Sizin reklam burada