Zaman gedir, fəsillər dəyişir. Birazdan payiz öz ömrünü soyuq, qarlı qışa təhvil verəcəkdir. Havalarin quru və soyuq keçməsi insanlar arasinda baş vere biləcek tənəffüs infeksiyalarının törədici olan virusların fəallaşmasina səbəb ola bilir. Soyuq hava bədənin enerji sərfiyyatını artirmaqla immunsistemi zəiflədir.
Həkim pediatr David Zöhrabov News365.az-a açıqlamasında xəbərdarlıq edib ki, havaların quru və soyuq keçməsi tənəffüs infeksiyalarını törədən virusların fəallaşmasına səbəb ola bilər.

Belə bir vəziyyətdə virusa yoluxma təhlukəsidə artır. Sağlam həyat tərzi keçirən, yayda günəş enerjisindən bol istifadə edən, idmanla müntəzəm məşğul olan, pis vərdişlərdən uzaq duran və təmiz havada çox olan insanlarin xəstələnmə ehtimali daha azdır. Çünki, onlarda adaptasiya yəni uyğunlaşma daha tez baş verir immunsistem infeksiyanı qarşılayır.Risk qrupundan-xroniki xəstəlikləri olanlar, tez-tez xəstələlənlər, hamilələr, erkən yaşli uşaqlarin yoluxma ehtimali daha çox olur. Ona görədə bütün deyilenləri nəzərə alaraq ilk növbədə bədən müqavimətinin artırilmasi istiqamətindəki, tədbirlərə xüsusi fikir verilməlidir.
Zöhrabovun sözlərinə görə, sağlam həyat tərzi keçirən, yayda günəşdən bol istifadə edən, idmanla məşğul olan, pis vərdişlərdən uzaq duran və təmiz havada çox vaxt keçirən insanlarda xəstələnmə ehtimalı daha azdır. Risk qrupu isə xroniki xəstəlikləri olanlar, tez-tez xəstələnənlər, hamilələr və erkən yaşlı uşaqlardır.
Tənəffüs infeksiyalarından qorunmaq üçün həkim aşağıdakı tədbirləri tövsiyə edir:
Səhər gimnastikası və müntəzəm idman;
Normal yuxu və balanslı qidalanma;
Bədən çəkisinə uyğun maye qəbulu (hər kq çəkiyə 30 ml);
Meyvə və tərəvəzlərin istehlakı;
Təmiz havada gəzinti;
Çox insan toplaşan yerlərdən mümkün qədər uzaq durmaq;
Üz örtüklərindən (maskalardan) istifadə;
Xəstə olanların vaxtında təcrid olunması və şəxsi gigiyena qaydalarına riayət;
Poliklinikalarda qripə qarşı immunizasiya;
Özbaşına dərman, xüsusilə antibiotik istifadəsindən çəkinmək;
Hər hansı müalicə üçün ailə həkimi ilə məsləhətləşmək.
Həkim vurğulayır ki, profilaktik tədbirlər xəstəliyi müalicədən daha asan və faydalı şəkildə qarşısını alır.