Finlandiya hökuməti alyansın komandanlıq və nəzarət sistemini gücləndirmək üçün öz ərazisində NATO-ya məxsus xüsusi bölmənin yerləşdirilməsini təklif edib.
News365.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə naziri Antti Hakkanenin sözlərinə görə, söhbət təxminən 50 hərbçidən ibarət komanda-nəzarət qrupundan gedir. Bu bölmənin əsas məqsədi Finlandiyada fəaliyyət göstərən NATO qüvvələrini rabitə və informasiya vasitələri ilə təmin etmək, eləcə də zərurət yarandığı halda alyansın digər üzv ölkələrinə dəstək vermək olacaq.
Nazir bildirib ki, sözügedən təşəbbüslə bağlı yekun qərarın 2026-cı ilin fevralında keçiriləcək NATO müdafiə nazirlərinin görüşündə veriləcəyi gözlənilir.
News365.az