İstanbulun Bağcılar ilçəsində yerləşən Plevne Parkında uşaqların təhlükəsizliyini təhdid edən ciddi insident qeydə alınıb.
News365.az-ın Türkiyə KİV-lərinə istinadla verdiyi xəbərə görə, parkdakı elektriklə çalışan əyləncə qurğularında nasazlıq yaranıb. İlkin ehtimallara göre, elektrik sızması nəticəsində həmin qurğulardan istifadə edən 4 uşaq cərəyan vurmasına məruz qalıb.
Hadisə barədə məlumat daxil olan kimi əraziyə bir neçə təcili tibbi yardım briqadası göndərilib. Yaralı uşaqlar dərhal xəstəxanaya çatdırılaraq həkim nəzarətinə götürülüblər.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.