Azərbaycan tankeri İran tərəfindən saxlanılıb - İDDİA

Azərbaycan tankeri İran tərəfindən saxlanılıb - İDDİA
09:59

SEPAH-a bağlı “Sepah Pasdaran” nəşri İranın bir müddət öncə Hörmüz boğazında bir tankeri saxlaması barədə məlumat yayıb.

News365.az Bakupost.az-a istinadən xəbər verir ki, nəşr “məhkəmə qərarına əsasən” gəminin saxlanıldığını yazıb.

Məlumatda iddia edilir ki, gəmi Azərbaycanla əlaqəli hesab edilən bir şirkətə məxsusdur, “Shell” loqotipi daşıyır və BƏƏ-də istehsal olunub.

“İran beynəlxalq hüquqa əsasən Hörmüz boğazını açmaq və ya bağlamaq səlahiyyətinə malikdir”, - deyə telekanal vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada