“Bu cür təmaslar davamlı sülhə təminat yaradır” – Ülviyyə Zülfüqar

“Bu cür təmaslar davamlı sülhə təminat yaradır” – Ülviyyə Zülfüqar
13:22

Xəbər verdiyimiz kimi Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri ötən həftə ölkəmizə səfərdə olublar. Səfər çərçivəsində onalr Respublika Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşüblər. Eyni zamanda yerli vətəndaş cəmiyyətinin nümayəndələri ilə birgə müzakirələr aparıblar.

“Xalq diplomatiyası” deyilən bu cür təmaslar əslində sülh prosesi üçün zəruri addımdır. Çünki dövlətlər arasında siyasi və diplomatik razılaşma ilə paralel xalqların da sülhə hazırlanması çox vacibdir.

Mövzu ilə bağlı News365.az-a danışan politoloq  Ülviyyə Zülfüqar bildirib ki, humanitar görüşlər xalqlar arasında sülhə hazırlıq və vətəndaş şəbəkələrinin əlaqələndirilməsi baxımından vacibdir:


“Davamlı sülh üçün bir sıra vacib məqamlar var. Onlardan biri də vətəndaş cəmiyyəti nümayəndələrinin təmaslarıdır. Çünki qeyri-hökümət təşkilatları bitərəf qurumlardır. Onlar cəmiyyətdə istənilən məsələdə daha dolğun və obyektiv mənzərə yarada bilirlər. Ona görə də QHT-lərin qarşılıqlı səfərlərini alqışlayırıq. Belə görüşlər xalqları bir-birinə yaxınlaşdırır, nifrət və milli-ayrı-seçkilik hisslərini aradan qaldırır. Üstəlik bu cür səfərlər davamlı sülhün uzaqda olmadığına hər birimizi inandırır. Ən başlıcası siyasi rəhbərliyə əlavə güc və inam verir ki, danışıqlar prosesində daha qətiyyətli və konkret olsunlar”.


Sizin reklam burada
Sizin reklam burada