Məşhur türk aktrisa Hülya Avşar və daha çox sosial şəbəkə fenomeni kimi tanınan Merve Taşkın barəsində cinayət işi açılıb.
News365.az xəbər verir ki, onlar yutubda yayımlanan layihədə səsləndirdikləri qeyri-etik ifadələrə görə cinayət məsuliyyətinə cəlb olunublar.
Belə ki, hər iki şəxs fahişəliyə təşviq, ədəbsizlik, cinayəti tərifləmək və alçaldıcı ifadələr işlətməkdə ittiham olunurlar.
Məsələ ilə bağlı ölkənin prokurorluğuna şikayət ərizələri daxil olub.