“İstefa verməmişəm” - Samir Abasov

“İstefa verməmişəm” - Samir Abasov
24 Noy 2025 16:03

“İstefa verməmişəm, hazırda “Neftçi”nin baş məşqçisiyəm”.

Bunu  “Neftçi”nin baş məşqçisi postundan ayrıldığı barədə xəbərlər yayılan Samir Abasov deyib. 

Çalışdırıcı Bakı klubundan istefa vermədiyini bildirib: “Rəhbərlik də məni istefaya göndərməyib. Hər halda belə bir şey olsa, klub rəsmi açıqlama verər. Hazırda komandamın başındayam”. 

S.Abasov komandasının “İmişli”yə 2:3 hesablı məğlubiyyətdən sonra rəhbərliklə görüşmədiyini də sözlərinə əlavə edib: “Heç bir görüşümüz olmayıb. Ümumiyyətlə, komanda barədə danışmamışıq”. 


Sizin reklam burada
Sizin reklam burada