Kilolu görünməsinin səbəbi hamiləlik imiş

Kilolu görünməsinin səbəbi hamiləlik imiş
06 Sen 2025 19:45

Türkiyəli aktrisa Vildan Ataseverin hazırda rol aldığı “Aile seadeti” serialındakı kilolu görünüşü marağa səbəb olub.

News365.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 44 yaşlı aktrisanın ana olacağı bəlli olub.

Bildirilib ki, 5 aylıq hamilə olan Ataseverin oğlu dünyaya gələcək.

Qeyd edək ki, V. Atasever 2021-ci ildə müğənni Mehmet Erdemlə ailə həyatı qurub.

Xatırladaq ki, o, “Aile seadeti”ndə Tülay obrazını canlandırır. Bundan əvvəl aktrisa “Kurtlar vadisi”, “Osmanlı tokadı”, “Muhteşem yüzyıl Kösem”, “Payitaht Abdülhamid”, “Kasaba doktoru” və digər seriallarda çəkilib.










Sizin reklam burada
Sizin reklam burada