Keçmiş XİN başçısından İsrailin qərarına münasibət

Keçmiş XİN başçısından İsrailin qərarına münasibət
12:00

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov İsrailin “erməni soyqırımı”nı tanıması ilə bağlı qərarını şərh edərək bildirib ki, tarixdə baş vermiş hadisələrə müxtəlif siyasi və ictimai fiqurlar fərqli qiymətlər verə bilər. Onun sözlərinə görə, istənilən siyasətçi həm 1915-ci il hadisələri, həm də digər tarixi faciələr barədə mövqe açıqlamaq hüququna malikdir.

News365.az-a danışan keçmiş nazir qeyd edib ki, tarixi hadisələrin müasir siyasi gündəmdə təbliğat vasitəsi kimi istifadə olunması mümkündür, lakin bu cür qərarlar hüquqi baxımdan məcburedici xarakter daşımır. O vurğulayıb ki, fərqli yanaşmalar şəxsi və siyasi baxışlardan qaynaqlanır.

T.Zülfüqarov əlavə edib ki, erməni tərəfi uzun illərdir bu mövzudan siyasi maraqları üçün istifadə etməyə çalışır. O bildirib ki, Türkiye isə 1915-ci il hadisələrini “soyqırımı” deyil, böyük humanitar faciə kimi qiymətləndirir.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi İsraildə “erməni soyqırımı”nın tanınması ilə bağlı yayılan qərara münasibət bildirərək bəyan edib ki, tarixi hadisələrin siyasi müstəviyə daşınması və hüquqi-elmi əsaslardan uzaq şəkildə qiymətləndirilməsi qəbuledilməzdir.

Nazirlik həmçinin vurğulayıb ki, belə addımlar regionda barışıq və uzunmüddətli sülh prosesinə mənfi təsir göstərə bilər və İsrail hökumətini qərarı yenidən nəzərdən keçirməyə çağırıb.

/// News365.az


Sizin reklam burada
Sizin reklam burada