Xəbər
verdiyimiz kimi Prezident İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının
sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında”
Sərəncamı imzalayıb.
Bu
sərəncamın icrası Naxçıvanın sosial-iqtisadi həyatında yeni bir səhifə açacaq.
Mövzu
ilə bağlı Millət vəkili Vüqar Bayramov özünün sosial səhifəsində bunları yazıb:
“Prezident
İlham Əliyevin Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair Sərəncamı ilə 258 milyon manat vəsaitin ayrılacaq. Dövlət başçısının
Naxçıvanda qeyd etdiyi kimi bununla konkret layihələr maliyyələşdiriləcək və
işlərin daha da sürətlə getməsi üçün Sərəncamın icrasına lazımi nəzarət də təmin
ediləcək.
Ayırlacaq
258 milyon manat Naxçıvanda infrastrukturun yenilənməsi də daxil olmaqla bir
sıra vacib sosial və iqtisadi istiqamətlərə yönəldiləcək. Bu enerji təhlükəsizliyindən
sosial mənzilə qədər maliyyələşmə deməkdir.
Konkret
layihələrə gəldikdə isə, vəsaitlə Su Elektrik Stansiyasının tikintisi davam
etdiriləcək, 156 min nəfər əhalinin yaşadığı 26 yaşayış məntəqəsini əhatə edən
420 kilometr uzunluğunda yollar əsaslı təmir ediləcək, Naxçıvan Dövlət
Universitetində 1000 yerlik tələbə yataqxana, 640 nəfərlik 5 yeni uşaq bağçası
tikiləcək və 161 yaşayış binası və istilik qazanxanaları əsaslı təmir ediləcək.
Göründüyü
kimi, Sərəncamla ayrılacaq vəsait Naxçıvanın sosial-iqtisadi inkişafında xüsusi
paya malik olacaq. Bu addım Azərbaycan Prezidentinin regionların tarazlı və
dayanıqlı inkişafı siyasətini və Naxçıvana xüsusi diqqətini bir daha təsdiq
edir.
İnstitutsional
and kadr islahatların daha da genişləndiyi Naxçıvanda maliyyə dəstəyinin genişləndirilməsi
bu bölgəmizin inkişafını daha da sürətləndirəcək. Yeni düzən fonunda Naxçıvan
regionun ən vacib hablarından birinə çevrilməkdədir. Uzun müddət blokada qalan
Naxçıvan artıq kommunikasiyaların regional mərkəzinə çevrilməkdədir. Bu, yalnız
Naxçıvan üçün deyil, bütövlükdə regionda yeni səhifənin açılması deməkdir”.