Bərdə rayonunda üç minik avtomobilinin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
News365.az xəbər verir ki, qəza Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Mehdili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə zamanı “Toyota Kəmri” (10-RE-858), VAZ-2107 (77-GZ-516) və digər minik avtomobili (41-BE-260) toqquşub. Zərbənin təsirindən “Toyota Kəmri” və VAZ-2107 yolun müxtəlif istiqamətlərinə düşüb.
Məlumata görə, VAZ-2107 markalı avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəza zamanı VAZ-2107 markalı avtomobildə olan Xəyal İsayev, Oktay Əli oğlu Məmmədov, Ömər Telman oğlu Abdullayev və Orxan Qurban oğlu Bəşirov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.