İtaliyanın Sardiniya adası sahillərində 30 metr uzunluğunda “Angiola II” yaxtası qəza nəticəsində dənizin dibinə qərq olub.
Hadisəyə mühərrikdə yaranan nasazlıq səbəbindən baş verən yanğın və ardınca gəmiyə su dolması səbəb olub.
Bildirilir ki, dəyəri 8 milyon avrodan çox olan yaxta yeni sahibi tərəfindən hadisədən cəmi dörd gün əvvəl satın alınıb.
Qəza baş verən zaman gəmidə 14 nəfər olub. Onların hamısı vaxtında yaxtanı tərk edərək xilas olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hazırda “Angiola II”nin Kosta-Smeralda sahilləri yaxınlığında, təxminən 7 metr dərinlikdə yerləşdiyi bildirilir. Aidiyyəti qurumlar yaxtanın dənizdən çıxarılması üçün hazırlıq işlərinə başlayıb.

