Hakan Fidan sabah Misirə gedir

Hakan Fidan sabah Misirə gedir
12 Avq 2026 23:40

Türkiyə xarici işlər naziri Hakan Fidan sabah Misirə səfər edəcək.

News365.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, Fidan Türkiyə-Misir Birgə Planlaşdırma Qrupunun ikinci toplantısında iştirak edəcək və ikitərəfli görüşlər keçirəcək.

İki günlük səfər çərçivəsində, həmçinin regional məsələlərə dair fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, Fidan hazırda Liviyada səfərdədir.


Sizin reklam burada
Sizin reklam burada