“Ceyms Uebb” kosmik teleskopunun məlumatlarını araşdıran astronomlar kainatın dərinliklərində Günəş sistemi böyüklüyündə və böyük enerji yayan yeni növ kosmik obyekt aşkar ediblər.
News365.az xarici mediaya istinadən xəbər verir ki, alimlər milyardlarla işıq ili uzaqlıqda yerləşən və “qara dəlik ulduzu” adlandırılan bu obyektin Böyük Partlayışdan təxminən 660 milyon il sonra yarandığını bildiriblər.
Balina bürcündə aşkar edilən obyekt görünüşcə nəhəng ulduza bənzəsə də, məlum ulduzlardan 100 milyard dəfə çox enerji yayır. Alimlərin fikrincə, bu obyekt nüvə sintezi hesabına enerji yaradan adi ulduz deyil, ətrafı sıx qaz buludları ilə əhatə olunduğuna görə ulduz kimi parıldayan nəhəng qara dəlikdir.