Bu gün hər
bir jurnalist ilkin mənbədən və dəqiq informasiya almaq istəyir. Amma ilkin mənbə-
mətbuat xidməti çox zaman jurnalistin sorğusuna nəinki cavab vermir, hətta bəzi
hallarda ona ağıl öyrətməyə çalışır.
Təbii ki, bu
da haqlı narazılığa səbəb olmaqla yanaşı, jurnalistin informasiya almaq
hüququnu pozur.
“Teleqraf”
Agentliyinin rəhbəri Aynur Camalqızı
da bu məsələdən şikayətçidir.
O, bu barədə
özünün sosial səhifəsində yazır:
“Bizim
jurnalist həmkarlarımız, dostlarımız, əzizlərimiz niyə dövlət qurumlarının mətbuat
xidmətinə işə düzələn kimi, - təbii, istisnalar var, - mediaya yuxarıdan aşağı
baxırlar, eks həmkarlarını saymırlar, iqnor edirlər? Nə baş verir? Dünənədək məmur
etinasızlığını, diqqətsizliyini, məsuliyyətsizliyini tənqid edənlər, niyə məmur
olan kimi etinasızlaşırlar, məmurlaşırlar? Amma yaxşı mənada yox...”
News365.az