"Bəlkə ondan 20 kvadratmetrlik obyekt xahiş edim?" – Razi Abbasbəylinin paylaşımı gündəm oldu

"Bəlkə ondan 20 kvadratmetrlik obyekt xahiş edim?" – Razi Abbasbəylinin paylaşımı gündəm oldu
09:30

İqtisadçı Razi Abbasbəyli sabiq fövqəladə hallar naziri Kəmaləddin Heydərovla bağlı illər ərzində yazdığı tənqidi yazıları xatırladıb. O, bu dəfə Heydərovu ad günü münasibətilə təbrik etməsinin yaratdığı reaksiyaya diqqət çəkib.

News365.az xəbər verir ki, Razi Abbasbəyli bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, illər ərzində Kəmaləddin Heydərov haqqında çoxsaylı tənqidi və araşdırma xarakterli yazılar dərc edib:

“İllərlə Kəmaləddin Heydərov haqqında tənqidi, araşdırma xarakterli yazılar yazmışam. Bu yazıların həcmi bəlkə də tonlarla qəzet səhifəsini doldurar. Maraqlıdır ki, o vaxtlar heç kim məni məhkəməyə vermədi, heç bir təzyiqlə də üzləşmədim.

Amma bir dəfə Kəmaləddin Heydərovu ad günü münasibətilə təbrik etdim, aləm dəydi bir-birinə. Elə bil ən böyük günahı etmişdim”.

R.Abbasbəyli daha sonra Kəmaləddin Heydərova sahibkarlıq fəaliyyəti ilə bağlı müraciət etməyi düşündüyünü bildirib:

“İndi isə düşünürəm: bəlkə mən də bir vətəndaş kimi ondan nəsə xahiş edim? Məsələn, kiçik sahibkarlıq fəaliyyətimi qurmaq üçün 20 kvadratmetrlik bir obyekt almağa kömək edə bilərmi?

Hər halda, tənqid edəndə problem olmadı, təbrik edəndə qiyamət qopdu. Bəlkə xahiş edəndə möcüzə baş verdi..”


Sizin reklam burada
Sizin reklam burada