Avstraliyalı alimlər 15 milyon il yaşı olan "Ferruaspis brocksi" adlı yeni fosilləşmiş şirin su balığı növünü kəşf ediblər.
Tapıntının unikallığı ondan ibarətdir ki, qalığın mədəsinin içində olanlar qorunub saxlanılıb. Bu kəşf haqqında Journal of Vertebrate Paleontology (JVP) jurnalında dərc olunan elmi məqalədə ətraflı məlumat verilib.
"Ferruaspis brocksi" Avstraliyada tapılan şirin su mühitinin (Osmeriformes sırası) ilk fosil nümayəndəsidir. Bu kəşfdən əvvəl elm adamları məlum balıq qrupunun qitədə nə zaman peyda olduğunu və necə təkamül etdiyini dəqiq müəyyən edə bilmirdilər.
"15 milyon illik şirin su balığının fosilinin tapılması bizə Avstraliyanın qədim ekosistemlərini öyrənmək və Miosen dövründə balıqların təkamülünü anlamaq üçün unikal imkan verir",- tədqiqatçılardan biri deyib.
Alimlərin fikrincə, bu kəşf heyvanın mövcud olduğu mühit haqqında anlayışımızı genişləndirməklə yanaşı, yaxşı qorunan mədə tərkibi sayəsində qədim balıqların davranışlarını öyrənməyə imkan verir.
Avstraliya Muzeyinin paleontoloqu və Yeni Cənubi Uels Universitetinin tədqiqatçısı Metyu Makkari unikal tapıntını belə izah edib: “Biz indi bu mədədə olduğu kimi qalan maddələrin sayəsində onların müxtəlif onurğasızlarla qidalandığını bilirik. Əsas qida mənbəyi milçəklər ("Chaoboridae" ailəsindən olan həşəratlar) kiçik sürfələr olub”.
Tural