Kamikadzelər ard-arda partlayış törətdi - Xeyli sayda ölən və yaralanan var

Kamikadzelər ard-arda partlayış törətdi -  Xeyli sayda ölən və yaralanan var
30 İyn 2024 19:37

Nigeriyanın şimal-şərqində yerləşən Qvoza şəhərində qadın kamikadzelərin koordinasiyalı hücumları nəticəsində azı 18 nəfər ölüb, 19-u ağır olmaqla 30 nəfər yaralanıb.

 Borno əyalətinin Fövqəladə Halların İdarə Olunması Agentliyinin baş direktoru Barkindo Səid jurnalistlərə bildirib ki, ilk qadın kamikadze yerli vaxtla saat 15:00 radələrində toy mərasimi zamanı partlayıcı qurğunu işə salıb.

Bir neçə dəqiqə sonra ümumi xəstəxananın yaxınlığında daha bir partlayış baş verib.

Daha sonra dəfn mərasimi zamanı üçüncü hücumu yas paltarı geyinmiş kamikadze həyata keçirib.

Ölənlər arasında uşaqlar və hamilə qadınlar da var.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər