İsrail İrana niyə cavab vermir? - “Jerusalem Post“ detalları açıqladı

İsrail İrana niyə cavab vermir?  - “Jerusalem Post“ detalları açıqladı
17 Apr 2024 11:04

İsrail ordusu İranın hücumlarına necə cavab verəcəyinə artıq qərar verib. Lakin Təl-Əviv hələ də zamanla bağlı qərar verməyib. News365.az xəbər verir ki, bu barədə “Jerusalem Post” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, hücumla baxlı seçiləcək zaman dəyişə bilər. Ümumilikdə çətin hücum hazırlıq prosesi səbəbindən hazırda müzakirə olunan qərar da dəyişə bilər.

"Bununla belə, hücum qərarının hələ də aktiv şəkildə müzakirə olunmasının özü İsrail rəhbərliyinin bu məsələdə nə qədər ciddi olmasını və əzmini göstərir. Hərçənd hazırki siyasi proseslərdə müşahidə olunan bütün əlamətlər rəsmilərin Qüdsün regional müharibəyə çevrilməməsi üçün hücumun qarşısını almağa sadiq qaldığını göstərir", - nəşr yazıb.

Xatırladaq ki, aprelin 13-ü axşam saatlarında İran İsrailə qarşı pilotsuz təyyarələr və raketlər atıb. Tehran bunu İranın Dəməşqdəki səfirliyinin konsulluq bölməsinə İsrailə aid edilən hücuma cavab adlandırıb.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər