İranın yeni Ali Liderini seçmək Trampın işi deyil - Əraqçi

İranın yeni Ali Liderini seçmək Trampın işi deyil - Əraqçi
08 Mar 2026 21:36

İranın yeni Ali Lideri tezliklə seçiləcək.

News365.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi NBC televiziya kanalına verdiyi açıqlamada bildirib.

O deyib ki, İran ABŞ-ın və ya başqasının yeni liderin seçilməsi prosesinə müdaxilə etməsinə icazə verməyəcək.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp İranın yeni Ali Liderinin seçilməsində səsə sahib olmalı olduğunu bildirmişdi.

"Biz heç kimin daxili işlərimizə müdaxilə etməsinə icazə vermirik. Bu işi Ekspertlər Şurası görəcək. Bu, yalnız İran xalqının işidir, başqa heç kimin işi deyil", - deyə İran naziri bildirib.

Əraqçi həmçinin bildirib ki, İranın yeni Ali Liderinin seçilməsi tezliklə baş tutacaq.

"Müvəqqəti Liderlik Şurası yaradılıb və o, öz funksiyalarını liderin olmadığı müddətdə yerinə yetirir, yeni Ali Lideri isə tezliklə Ekspertlər Şurası seçəcək", - Əraqçi bildirib.

Fevralın 28-də ABŞ və İsrail İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb. Təl-Əviv bildirib ki, zərbələrin məqsədi Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır. Tramp öz növbəsində İran donanmasını və müdafiə sənayesini məhv etmək niyyətində olduğunu bildirib və ölkə vətəndaşlarını rejimi devirməyə çağırıb. Fevralın 28-də Ali Lider Əli Xamenei və digər rəhbər şəxslər öldürülüb.


Sizin reklam burada
Sizin reklam burada