İran-İsrail münaqişəsi Bakıdan uçuşlara TƏSİR ETDİ

İran-İsrail münaqişəsi Bakıdan uçuşlara TƏSİR ETDİ
11:57

Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinə məxsus iki təyyarə - J2-011 nömrəli Bakı-Dubay və J2-1091 nömrəli Bakı-Ciddə reyslərindən İran hava məkanının bağlı olması ilə əlaqədar Bakıya geri dönüb.

News365.az xəbər verir ki, AZAL-dan verilən məlumata əsasən, Bakı-Dubay reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna saat 10:47-də müvəffəqiyyətlə eniş həyata keçirib. Bakı-Ciddə reysinin isə yaxın vaxtlarda Bakı hava limanına enişi planlaşdırılır.

AZAL Yaxın Şərq regionundakı cari vəziyyəti diqqətlə monitorinq etməyə davam edir və uçuş təhlükəsizliyinin təmin olunması məqsədilə bütün zəruri addımları atır. Sərnişinlər uçuş cədvəlində baş verən dəyişikliklər haqqında operativ qaydada xəbərdar ediləcəklər.

Ətraflı məlumat almaq üçün sərnişinlər [email protected] imeyl ünvanı vasitəsilə aviaşirkətlə əlaqə saxlaya bilərlər.


Sizin reklam burada
Sizin reklam burada