Hörmüz gərginliyi artır: İranın cavab ssenarisi gündəmdə

Hörmüz gərginliyi artır: İranın cavab ssenarisi gündəmdə
12:57

Hörmüz boğazı ətrafında mümkün blokada və ABŞ-ın addımları regionda yeni gərginlik ssenarilərini gündəmə gətirib.

Bu barədə politoloq Zeynal Əmrəliyev News365.az-a açıqlamasında bildirib

Onun sözlərinə görə, İran ABŞ-ın mümkün blokada planlarına qarşı əvvəlcədən hazırlıq görüb və bu addımın gözlənilən olduğunu hesab edir.

Ekspert qeyd edib ki, Vaşinqtonun əsas hədəflərindən biri İranın neft baxımından strateji əhəmiyyət daşıyan bölgələrdə təsir imkanlarını məhdudlaşdırmaqdır. Onun sözlərinə görə, Körfəz regionunda ABŞ-ın mövqelərini zəiflədən amillərdən biri də məhz İranın fəaliyyəti olub.

Politoloqun fikrincə, Tehran keçmişdə formalaşmış Körfəz təhlükəsizlik balansından dərs çıxararaq regionda yeni hərbi-siyasi blokun yaranmasının qarşısını almağa çalışıb.

Zeynal Əmrəliyev bildirib ki, növbəti mərhələdə İranın dəstəklədiyi qüvvələr – xüsusilə Husilər ilə koordinasiyalı addımlar ata bilər. Onun sözlərinə görə, bu qruplaşmanın Babülməndəb boğazı istiqamətində hərəkətləri dünya ticarətinə ciddi təsir göstərə bilər.

Ekspert əlavə edib ki, belə bir ssenari ABŞ-ın regionda dəniz blokadası planlarını çətinləşdirə və qlobal iqtisadiyyata əlavə təzyiq yarada bilər.

Onun sözlərinə görə, hazırkı vəziyyət Yaxın Şərqdə qarşıdurmanın daha geniş coğrafiyaya yayılma riskini artırır və bütün tərəflər üçün ciddi nəticələr doğura bilər.


Sizin reklam burada
Sizin reklam burada