Tanınmış rok musiqiçisi vəfat etdi - FOTO

Tanınmış rok musiqiçisi vəfat etdi - FOTO
16:16

Türkiyə rok musiqisinin tanınmış simalarından biri olan Cem Öcal dünyasını dəyişib.

Sənətçinin ölüm xəbərini Kenan Doğulu sosial media hesabında paylaşaraq təsdiqləyib.

Doğulu açıqlamasında illər boyu eyni səhnəni paylaşdıqları Öcalın böyük bir itki olduğunu vurğulayıb. O, mərhum sənətçinin yalnız istedadlı musiqiçi deyil, həm də hər zaman yanında olan yaxın dost olduğunu bildirib.

Məlumata görə, Cem Öcal bir müddətdir böyrək çatışmazlığı və boğaz xərçəngi səbəbindən müalicə alırdı. Kimyaterapiya prosesi zamanı həyatını itirdiyi bildirilir. Sənətçinin Bodrumdakı evində cansız bədəninin tapıldığı qeyd olunur.


Sizin reklam burada
Sizin reklam burada