Sabiq nazir müavini müşavir təyin edildi

Sabiq nazir müavini müşavir təyin edildi
17:16

Bu ilin yanvarın 27-də Prezident İlham Əliyev tərəfindən Kənd təsərrüfatı nazirinin müavini postundan çıxarılan Sarvan Cəfərov yeni vəzifəyə təyin edilib.

News365.az Mia.az-a istinadən xəbər verir ki, o, Azərbaycan Həmkarlar Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədovun müşaviri təyin olunub.

Məsələyə AHİK-dən münasibət öyrənmək cəhdimiz alınmayıb.

Məlumat üçün qeyd edək ki, S.Cəfərov Məcnun Məmmədovun nazir təyinatına qədər KTN-də nazir vəzifəsinin icraçısı olub.


Sizin reklam burada
Sizin reklam burada