Suraxanı rayonu ərazisində, Zığ-Hava Limanı yolunda baş verən dəhşətli qəzanın təfərrüatı məlum olub.
News365.az bildirir ki, hadisə zamanı 1965-ci il təvəllüdlü Azad Əhmədov, yeznəsi 1986-cı il təvəllüdlü Elvin Əsgərov və Azad Əhmədovun bibisi oğlu 1984-cü il təvəllüdlü Samir Məmmədov qohumlarının toyundan qayıdırmışlar. Onlar yolun kənarında "Hyundai" markalı yük avtomobilinin yaxınlığında dayanaraq taksi gözləyiblər.
Həmin vaxt yüksək sürətlə hərəkət edən "Toyota Corolla" markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə piyadaları vurub, daha sonra isə yük maşınına çırpılaraq yanıb.
Qəza nəticəsində Samir Məmmədov hadisə yerində, Elvin Əsgərov isə xəstəxanada ölüb. Hadisə zamanı xəsarət alan Azad Əhmədov hazırda komatoz vəziyyətdə xəstəxananın Reanimasiya şöbəsindədir.
Qəza zamanı "Toyota" markalı avtomobildə sərnişin qismində olan bir qadın da xəsarətlərlə xəstəxanaya yerləşdirilib./oxu.az