Nüfuzlu ali məktəblərdə, elmi idarələrdə, müəssisələrdə ardıcıl Elm günü ilə bağlı tədbirlər keçirilir. Çıxış edən məmurlar, akademiklər, rektorlar, professorlar, ictimai şəxslər və ziyalılar elmin bütün problemlərini ağız dolusu deyirlər.
İradlar, təkliflər, təltiflər və ağız dolusu sözlər.
Qalustuklu, rəngli kostyumlarda tribunalarda çıxış edib, pafosdan tərləyən bu şəxslərin biri demir ki, ölkədə elm günü qeyd edilir, tədbirlər keçrilir amma hökumət alimlərin əmək haqqını niyə qaldırmır?
Niyə illərdir elmi adalar, dərəcələrə görə ayrılan vəsait yerində durub ? Niyə alimlərin maaşları barədə bir sərəncam verilmir ? Hər hansı bir gün olanda dərhal onların maaşı artırılır, fəxri adlar verilir. Elm və alimlərə gələndə isə tədbirlər, çıxışlar və dəyəri 50 qəpik olan qalın kağızda dərc edilən ucuz sertifikatlara yola verilir ?
Əgər ölkədə elmə inam və dəyər yoxdursa onda niyə elmi dərəcə və elmi ad üçün məmurlar və onların balaları növbəyə durub ?
Yaxud elmə qayğı olmayacaqsa alimlərə açıq deyilsin ki, gedib günü 20-30 manata maşın götürüb taksi sürün, fəhləlik edin, daş daşıyıb ot yığın, piramida qulları olun.
Susuram, başımı aşağı salıb həyatımı həyətimə soxub yaşayıram..amma bu qədər də olmaz da. Ya birdəfəlik elan edin ki, bizə elm lazım deyil. Bizdə işimizi bilək, ya da bizi insan yerinə qoyun.
Biz nazirlər, icra başçıları və digərləri kimi on min manatlarla maaş istəmirik ki, heç olmasa min manat edin də....Biz də görək ki, ömürünü elmə verən şəxslərin dövlət qurumlarında işləyən şəxslər qədər dəyəri var...
Biz nə istəyirik ki? Biz insan olmaq istəyirik daha...
Zaur Əliyev, tarixçi alim