Bu gün işğaldan azad edilmiş Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndi ərazisində minaya düşərək həlak olan 31 yaşlı Muğan Mətili musiqi ilə də məşğul olurmuş.
News365.az xəbər verir ki, ANAMA-nın əməkdaşı olan gəncin toyda qarmonda ifa edərkən çəkilmiş görüntüləri yayılıb.
Qeyd edək ki, M.Mətili xidməti vəzifəsini yerinə yetirərkən tank əleyhinə mina partlayıb. Hadisə nəticəsində o həyatını itirib.
O, doğulduğu Füzuli rayonunun Bala Bəhmənli kənd qəbiristanlığında torpağa tapşırılıb.