Miri Yusiflə bağlı ŞOK CİNAYƏT FAKTLARI- EKSKLÜZİV

Miri Yusiflə bağlı ŞOK CİNAYƏT FAKTLARI- EKSKLÜZİV
16:28

Xalq artisti Miri Yusif (əsl adı: Miryusif Mirbabayev) Amerikada cinayət törədibmiş.

2000-ci illərin əvvəllərindən ortalarına qədər ABŞ-da yaşayan xalq artisti Miri Yusif (əsl adı: Miryusif Mirbabayev) bağlı məlumatı diqqətinizə çatdırmaq istəyirik.

Məlumata görə, “Miri Yusif Kaliforniyada cinayətdə iştirak edib. İctimaiyyətə açıq olan qeydlərə görə, o, Milli Cinayət Məlumat Mərkəzinin (NCIC) oğurluqla bağlı 484(A) oğurluq maddəsi ilə ittiham olunub. 

Həbs 7 may 2006-cı ildə Beverli Hills, Kaliforniyada baş verdiyi bildirilir. İş üzrə 12 aylıq şərti azadlıq cəzası ilə nəticələnib.Bu məlumat pulsuz olan rəsmi mənbələr vasitəsilə müstəqil şəkildə təsdiqlənə bilər. Məsələn, Los-Anceles Ali Məhkəməsi öz veb saytı vasitəsilə iş qeydlərinə ictimai giriş imkanı təmin edir. 

(www.lacourt.ca.gov/pages/lp/access-a-case/tp/find-case-information/cp/os-criminal-case-access)

Cinayət işi axtarış sisteminə 6BV01051 iş nömrəsini daxil etməklə, şəxsin adı və iş məlumatları da daxil olmaqla müvafiq məlumatlar nəzərdən keçirilə bilər.Bundan əlavə, oxşar amma  pullu veb sayt ilə www.TruthFinder.com kimi yoxlama xidmətləri və ya PACER (https://pacer.uscourts.gov/)  kimi federal məhkəmə qeyd sistemləri (pullu) vasitəsilə daxil olmaq mümkündür”.

Tezliklə Miri Yusifin bu məsələ ilə bağlı açıqlaması olacaq.
/// ajans.az


Sizin reklam burada
Sizin reklam burada