Silahlı bir kişi Rusiyanın Şimali Osetiya Respublikasının paytaxtı Vladiqafqazın mərkəzindəki mərc ofisinə basqın edərək bir qadın işçini yaralayıb və onu girov götürüb.
News365.az Rusiya mediasına istinadla xəbər verir ki, ilkin məlumatlara görə, hücum edən şəxs əvvəllər mərclərdə külli miqdarda vəsait itirib və pulu geri almaq üçün silahlanaraq müəssisəyə qayıdıb.
Məlumata görə, o, kassa aparatında işləyən işçini yaralayıb və onu bıçaqla hədələyib. Zərərçəkən hüquq-mühafizə orqanlarına zəng etməyi bacarıb, bundan sonra “Rosqvardiya” əməkdaşları hadisə yerinə gəliblər. Hücum edən şəxs həbs olunarkən ayağından yaralanıb.
Əldə edilən məlumata görə, 36 yaşlı kişinin uzun müddətdir qumar asılılığı və narkotik problemləri olub. Bildirilir ki, onun sabit gəlir mənbəyi olmayıb, müntəzəm olaraq mərc oyunlarında iştirak edib və qaytara bilmədiyi mikrokreditlər götürüb.
Həmçinin bildirilib ki, əvvəllər ona qarşı kredit borcu ilə bağlı icraat başlanıb.