Xalq artisti Brilliant Dadaşova türkiyəli müğənni Hadise ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.
O, açıqlamasında vurğulayıb ki, milli dəyərlərə və xalqına qarşı səsləndirilən fikirlərə heç vaxt biganə qala bilməz və belə hallara mütləq cavab verməyi özünə borc bilir.
“Əgər mənim millətimə söz atılıb, təhqir edilirsə, cavab verməliyəm. Cavab verməsəm, içimdə qalır”, – deyə o qeyd edib.
Brilliant Dadaşova türkiyəli müğənninin Bakı konserti zamanı Azərbaycan qadınlarının makiyajı ilə bağlı dediyi fikirlərə də münasibət bildirib və bunu düzgün hesab etmədiyini deyib:
“Sözünü xoş qarşılamadım. Azərbaycan qadını haqqında belə ümumiləşdirici fikir söyləmək düzgün deyil. Səhnə görüntüsü ayrıca mövzudur, amma bu cür sərt ifadələr yersizdir”, – deyə Xalq artisti əlavə edib.
Qeyd edək ki, məsələ sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.
News365.az