Qəzaya səbəb olan kollektorun üzərində 1600 ev tikilib

Qəzaya səbəb olan kollektorun üzərində 1600 ev tikilib
16:27

Xəbər verdiyimiz kimi bir neçə gün əvvəl Xətai rayonunda kollektor xətti qəzaya səbəb olmuşdu. Artıq qəzaya səbəb olan kollektorda yaranan nasazlıq aradan qaldırılır.Artıq borunun  həmin hissəsi də yenisi ilə əvəzlənib. Lakin paytaxtın bir neçə rayonunu əhatə edən bu kanalizasiya xəttinin üzərində təkcə 1600 fərdi ev tikilib.

Bəs bu evlərin gələcək aqibəti necə olacaq?

Nəzərə alaq ki, 1966 –cı ildə istifadəyə verilmiş dairəvi kanalizasiya xəttinin o vaxt istismar müddəti 50 il nəzərdə tutulub.Lakin sonradan xəttin üzərində tikilmiş bu fərdi evlər xəttin istismar müddətini bir az da tezləşdirib.Təkcə qəza baş verən ərazidə 22 ev tikilib ki, gələcəkdə bu evlərdə qəzanın yenidən baş verməsinə səbəb ola bilər

Diametri 1400 millimetr olan bu dairəvi kollektor paytaxtın ən iri və strateji kanalizasiya xətlərindən biri sayılır. Yasamal rayonundan başlayan xəttin üzərində 1600-ə yaxın fərdi ev və obyektin tikilməsi isə ciddi problem yaradır.


News365.az 


Sizin reklam burada
Sizin reklam burada