ABŞ aviasiyasında nəhəng ittifaq ehtimalı: “United” və “American Airlines” birləşə bilər

ABŞ aviasiyasında nəhəng ittifaq ehtimalı: “United” və “American Airlines” birləşə bilər
13:53

ABŞ aviasiya sektorunda böyük bir birləşmə ehtimalı gündəmə gəlib. Ölkənin ən iri hava daşıyıcılarından olan United Airlines rəqiblərdən American Airlines ilə mümkün birləşmə variantını nəzərdən keçirir.

News365.az-ın “Bloomberg”ə istinadən məlumatına görə, bu barədə “United Airlines”ın baş direktoru Skott Kirbi açıqlama verib. O bildirib ki, belə bir addım ABŞ hökumətinin müvafiq qurumlarına təqdim olunub, lakin hələlik rəsmi danışıqların başladığı təsdiqlənməyib.

Kirbinin sözlərinə görə, iki nəhəng aviaşirkətin birləşməsi nəticəsində dünyanın ən böyük hava yolu şirkəti yarana bilər.

Qeyd olunur ki, həm “United Airlines”, həm də “American Airlines” ABŞ-ın ən böyük dörd aviadaşıyıcısı sırasında yer alır və ölkənin hava səyahətləri bazarının təxminən üçdə birini əhatə edir. Mümkün birləşmə isə ABŞ Nəqliyyat Nazirliyi və Ədliyyə Nazirliyi tərəfindən dəyərləndiriləcək.

News365.az


Sizin reklam burada
Sizin reklam burada