Əfsanələr dolaşan əsrarəngiz kənd- Vəngli

Əfsanələr dolaşan əsrarəngiz kənd- Vəngli
09:23
Ağdərə rayonu, Vəngili kəndi Qarabağın ən qədim ərazilərindən biridir. Tarixi mənbələrə görə Vəng" sözü qədim türk dillərində "məbəd", "monastır" və ya "kilsə" mənasını verir. Burdan irəli gələrək də "Vəngli" kəndi "məbədi olan yer" deməkdir.
Burada qədim Alban dövrünə aid nadir məbədlərdən biri, Gəncəsər monastırı yerləşir ki, buranın qədimdən yaşayış yeri olmasını bir daha təsdiq edir.
Gəncəsər monastırı uzun illər Alban Katolikosluğunun əsas iqamətgahı olduğu üçün bu ərazidə təkcə səyyahlar ilə yanaşı zəvvarların da çox gəldiyi yer olub.
Gəncəsər monastırının günbəzində və divarlarında tarixin türk və xristian inanclarını özündə əks etdirən damğalar var. Orada insan başları, öküz və şir təsvirləri ilə yanaşı, qədim Alban memarlığına xas olan həndəsi fiqurlar mövcuddur. Bu təsvirlər həm xristianlıqdan əvvəlki inancların, həm də xristianlıq simvollarının sintezidir.
Vəngli ətrafındakı meşələrdə Azərbaycanın "Qırmızı Kitabı"na düşmüş bir neçə ağac növü, xüsusilə də çox qədim çinar və fıstıq ağacları mövcuddur. Bəzi ağacların yaşının kəndin öz yaşından daha çox olduğu təxmin edilir. Eyni zamanda təbii müalicəvi otlar ilə zəngindir ki, burada qədimdən arıçılıq inkişaf edib ki, buranın balı üçün təkcə yerli deyil, xarici səyyahlar da səfər ediblər.
Gəncəsər monastırından kəndin müxtəlif yerlərinə və yaxınlıqdakı Xaçın çayına çıxan gizli yeraltı tunellər olub. Bu tunellər mühasirə zamanı həm qaçış yolu, həm də su daşımaq üçün istifadə edilirmiş
Kəndin ərazisi əsrarəngiz gözəlliyi ilə yanaşı bol sulu Xaçın çaya axan Vəngili çayı da axır ki, təbiətin su ilə torpağın, meşənin inanılmaz vəhdətini təşkil edir.
Burda vaxtilə olan səyyahların qeydlərinə inansaq kəndin ətrafındakı qayalıqlarda qədim Alban hökmdarlarının xəzinələri gizlədilib. Hətta kənd yaxınlığında "Gümüş qaya" adlanan bir yer var ki, insanlar burada lənətlənmiş xəzinə olmasına inanıblar.
Turizm üçün o qədər gözəl bir kənddir ki, insan burda olanda ömürlük yaşamaq istəyir. Çünki doğurdan da burda insan əbədi həyat yaşaya bilər.
Zaur Əliyev, tarixçi

Sizin reklam burada
Sizin reklam burada