Milyarder iş adamı İlon Maskın yeni administrasiyada hansı vəzifədə olacağı məlum olub.
News365.az xarici KİV-ə istinadla xəbər verir ki, Maskın hansı işlə məşğul olacağı bu vaxta qədər sirr kimi gizlədilsə də, Ağ Ev rəsmisi artıq məsələyə aydınlıq gətirib.
Maskın Trampa bağlı “xüsusi dövlət işçisi” kimi fəaliyyət göstərdiyi bildirilib. Qeyd olunub ki, onun Ağ Ev kompleksində rəsmi e-poçt ünvanı və ofisi də var.
Biznesmenin federal qaydalara uyğun olaraq ictimai maliyyə açıqlaması hesabatını təqdim etməsinin "çox çətin" olduğunu söyləyən rəsmi, onun bu işə görə maaş almadığını vurğulayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ötən gün İ.Maskla bağlı danışıb.
"Məncə, Mask yaxşı iş görür. O, çox böyük bir xərc azaldandır", - deyə Tramp söyləyib.