İrana qarşı davamlı olaraq təzyiqin artırılmasına ehtiyac var.
News365.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
“İran indiki hərəkətlərini dayandırana qədər ona daha çox təzyiq göstərməliyik. Bu hərəkətlər son nəticədə nüvə silahı yaratmağa yönəlib", - Rubio "Fox News"a müsahibəsində deyib.
Qeyd edək ki, yanvarın ortalarında NBC News telekanalına müsahibə verən İran prezidenti Məsud Pezeşkian bildirib ki, Tehranın nüvə silahı yaratmaq məqsədini güdmür.