Almaniyanın keçmiş kansleri Gerhard Şröder ağır stress və emosional problemlər səbəbindən xəstəxanaya yerləşdirilib. Bu barədə DPA xəbər agentliyinə siyasətçinin vəkili Hans-Piter Huber məlumat verib.
"Cənab Şröder ağır bir sindromun tipik əlamətlərindən və kəskin enerji çatışmazlığından əziyyət çəkir",- deyə Huber həkimlərin müayinələrinin nəticələrinə istinad edərək agentliyə bildirib.
Həkimlərin fikrincə, Şröderin emosional tükənməsinin səbəbi Rusiya prezidenti Vladimir Putinlə yaxşı münasibətlərinə görə ona qarşı aparılan istintaq hərəkətləri də daxil olmaqla, daimi təcrid şəraitində yaşamasıdır.
Vəkil keçmiş federal kanslerin bütün ailəsi adından ictimaiyyəti Şröderin şəxsi həyatına hörmətlə yanaşmağa çağırıb.
Tural