Bundesverin (Almaniya Silahlı Qüvvələri) baş müfəttişi Karsten Breuer diqqət çəkən açıqlamalar verib. O, ABŞ prezidenti Donald Trampın NATO ölkələrinin ÜDM-in 5%-ni müdafiə xərclərinə xərcləmələri tələbini real olmayan ideya hesab edib. Onun sözlərini NTV yayıb.
Breuer hərbi sənayenin silah istehsalının müvafiq sürətinin öhdəsindən gələ biləcəyinə şübhə edib. Onun sözlərinə görə, Tramp bu cür bəyanatlarla avropalıları nələrəsə “təhrik edir”.
“O, təhriklərə çalışır. Bir şey aydın görünür: beş faiz çox, olduqca yüksək rəqəmdir. Məncə, bu, indiki məqamda real deyil. Düşünürəm ki, bütün bunlara addım-addım yanaşmaq lazımdır. Biz bunu indi çox ağıllı şəkildə edirik",- Karsten deyib.
Tural