6,2 bal gücündə ZƏLZƏLƏ OLDU

6,2 bal gücündə ZƏLZƏLƏ OLDU
13:17

İndoneziyada güclü zəlzələ baş verib.

News365.az xəbər verir ki, bu barədə İndoneziya Seysmoloji və Meteorologiya Agentliyinin saytında məlumat verilib.

Məlumata görə,  Şimali Maluku əyalətinə aid Doi adası ərazisində 6,2 bal gücündə zəlzələ olub.

Bildirilib ki, təbii fəlakətin episentri dənizdə olub. Zəlzələnin ocağı isə öz növbəsində 105 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Həmçinin təbii fəlakət bölgəsində sunami təhlükəsi elan olunmayıb.


Sizin reklam burada
Sizin reklam burada