Şərabçılıq məhsullarının reklamına dair tələblər dəyişir.
News365.az xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsində müzakirə edilən “Üzümçülük və şərabçılıq haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, rəqəmsal platforma təsisçisi rəqəmsal platformada yerləşdirilən materiallarda tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsullarının reklamını yerləşdirə bilməyəcək.