Məşhur gürcü əsilli rusiyalı müğənni Valeri Meladzenin ümumi dəyəri 70 milyon rubl olan səkkiz “Mercedes” avtomobil parkına sahib olduğu məlum olub. Bu barədə Life SHOT-a istinadən yazıb.
Nəşrin məlumatına görə, onun demək olar ki, bütün avtomobilləri (6 maşından 4-ü) eyni nömrəlidir. Yəni 525. Onların qiyməti bir neçə milyon rubla çata bilər.
Ən bahalı avtomobil Mercedes-Benz Amg G63-dür, nəşrin ekspertləri onu 21 milyon rubl dəyərində qiymətləndirirlər. Maşını müğənni özü idarə edir.
Life yazıb ki, avtomobillərdən biri sənətçinin qardaşı, bəstəkar Konstantin Meladze tərəfindən Valerinin adına qeydiyyata salınıb. Bu, Mercedes GLS 400 D 4Matic SUV-dur.
Nəşr əlavə edir ki, Meladzenin özündən başqa, onun bacısı Liana və qızı Arinanın da “Mercedes” markalı avtomobilləri var.
Tural