Stoltenberqin yeni vəzifəsi məlum oldu

Stoltenberqin yeni vəzifəsi məlum oldu
15:03

NATO-nun sabiq baş katibi Yens Stoltenberq Norveçin yeni maliyyə naziri təyin edilib.

News365.az “Reuters”ə istinadən xəbər verir ki, Stoltenberq özü məlumatı təsdiqləyib.

“Bizim üzləşdiyimiz hazırkı problemləri diqqətlə nəzərdən keçirərək, mən Baş nazir Yonas Qar Styorun xahişini qəbul etmək qərarına gəldim. Lakin MünhenTəhlükəsizlik Konfransının sədri vəzifəsinə və digər öhdəliklərimə səlahiyyət müddətim başa çatdıqdan sonra qayıdacağam. Vətənimə xidmət etdiyim müddətdə məni müvəqqəti olaraq vəzifəmdən azad etmək qərarına görə cənab Styora minnətdaram”, - deyə o bildirib.

Qeyd edək ki, Stoltenberq NATO-dakı vəzifəsindən öncə Norveç hökumətinə rəhbərlik edib. 2014-cü ildən isə NATO-nun baş katibi olub. Onun mandatı 2024-cü il sentyabrın 30-da başa çatıb. Oktyabrın 1-dən Stoltenberqi Niderlandın keçmiş Baş naziri Mark Rutte əvəz edib.


Sizin reklam burada
Sizin reklam burada