Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Primorsk diyarının vitse-qubernatoru Sergey Yefremovun Ukraynada döyüş zamanı həlak olmasını şərh edib. Kremlin sözçüsü jurnalistlərlə keçirdiyi brifinqdə məmuru qəhrəman adlandırıb.
“Bu batalyonun yaranmasında onun xidmətləri hamıya məlumdur. Qəhrəman bir insan qəhrəmancasına həlak oldu", - Peskov deyib.
2022-ci ilin noyabr ayından Yefremovla birlikdə xidmət edən Vladivostok Dumasının deputatı Viktor Tarabarin isə bildirib ki, Primorsk vilayətinin vitse-qubernatorunun getdiyi avtomobil ya maqnit minasının üstündən keçib, ya da pilotsuz uçuş aparatının hücumuna məruz qalıb.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural