149 nömrəli məktəbdə “Dünya Xərçənglə Mübarizə Günü” qeyd olundu- FOTOLAR

149 nömrəli məktəbdə “Dünya Xərçənglə Mübarizə Günü” qeyd olundu- FOTOLAR
00:00

4 fevral Dünya Xərçənglə Mübarizə Günüdür. Bu günün məqsədi insanları xərçəng xəstəliyi və onunla mübarizə yolları barədə maarifləndirmək, xəstələrə mənəvi dəstək olmaqdır. Bu çərçivədə 149 nömrəli məktəbin 7-ci sinif şagirdləri arasında sinifdaxili tədbir təşkil olunub.

News365.az xəbər verir ki, tədbirdə 7A, 7C, 7D, 7E və 7İ siniflərinin şagirdləri, müəllimlər və məktəbin direktoru iştirak ediblər. Onlar əvvəlcə xərçəng xəstəliyi haqqında geniş məlumat veriblər – xərçəngin nə olduğu, necə yarandığı və hansı amillərin xəstəliyə səbəb ola biləcəyi barədə danışılıb. Daha sonra xərçəngə səbəb olan qidalar və onlardan uzaq durmağın əhəmiyyəti barədə təqdimatlar nümayiş etdirilib.

Şagirdlər öncədən hazırladıqları slaydları təqdim edərək mövzunu daha əhatəli şəkildə izah ediblər. Tədbirin sonunda isə xərçəng xəstələrinin əhval-ruhiyyəsini yüksəltmək məqsədilə musiqili proqram təşkil olunub. Tədbir həm maarifləndirici, həm də motivasiyaedici xarakter daşıyıb və iştirakçılar üçün çox maraqlı keçib.


Sizin reklam burada
Sizin reklam burada