Rusiyada maraqlı hadisə baş verib. Moskvanın şimal-şərqində həyəti süpürən kommunal işçisic zibil qabına atılmış iki qırmızı qulaqlı tısbağa tapıb. Bu barədə Rusiya mediası məlumat yayıb.
Heyvanlar şəhər Təbiətdən İstifadə Departamenti tərəfindən mühafizəyə götürülüblər. Qurumun işçiləri, sahibinin tısbağalara qulluq etməkdən bezmiş ola biləcəyini iddia edib. Zooloqlar qeyd ediblər ki, heyvan yetişdiriciləri tısbağaları hələ çox kiçik olanda satırlar. Ancaq tədricən onlar böyüyürlər və diametri 30 santimetrə qədər çatanda hər kəs ona bax abilmir.
Qurum xəbərdarlıq edib ki, qırmızıqulaqlı tısbağalardan bezən adamlar bu nadir növün çox aqressiv olması səbəbindən onları yerli sulara buraxmaq olmaz. Onlar bu zaman qurbağaları, balıqları, ilanları, su quşlarının balalarını məhv etməyə başlayırlar, mövcud ekosistemi pozurlar. Onlar həmçinin Avropanın gölməçə tısbağasını sıxışdıra da bilərlər.
Tural