ABŞ-nin Ukrayna münaqişəsinə yeni yanaşması: AÇIQLAMA

ABŞ-nin Ukrayna münaqişəsinə yeni yanaşması: AÇIQLAMA
12:43

"ABŞ-nin yeni administrasiyası Ukrayna müharibəsinin həllində Rusiya ilə danışıqlara daha çox üstünlük verir"

Politoloq Aqşin Kərimov bunu News365.az- a açıqlamasında deyib. 

"Hazırkı münaqişələr Birləşmiş Millətlərin xarici siyasət strategiyasında problemlər yaradır. Donald Tramp isə bu problemləri aradan qaldıraraq Amerika Birləşmiş Ştatları Rusiya və Çinə qarşı yeni bir vizionla formalaşdırmaqda israr edir.

Buna görə də, Ukrayna müharibəsinin tənzimlənməsi məsələsində Amerika Birləşmiş Ştatları əvvəlki administrasiyadan fərqli olaraq Rusiya ilə mümkün danışıqlara daha çox üstünlük verir. Sabiq Ağ Ev rəsmilərinin sözlərinə görə, Ukrayna yaxın zamanda seçki keçirməyin tərəfdarı deyil. Kiyevin mövqeyinə əsasən, sabitlikdən uzaq bir dövrdə seçkilərin keçirilməsi Ukrayna hakimiyyətini parçalaya bilər."




Sizin reklam burada
Sizin reklam burada